IQNA

İordaniyalılar: İsrailin Əmmandakı səfirliyini bağlayın

12:01 - July 29, 2017
Xəbər sayı: 3481917
Minlərlə İordaniya vətəndaşı cümə günü əl-Əqsa məscidinə dəstək yürüşü keçirib və sionist rejimin Əmmandakı səfirliyinin bağlanmasını istəyib.

İordaniyalılar: İsrailin Əmmandakı səfirliyini bağlayın

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, etirazçılar Fələstin vətəndaşları və əl-Əqsa məscidinə dəstək nümayiş etdirərək İordaniya hökumətini Əmmanda qatil İsrail zabiti ilə davranışına etiraz ediblər. İordaniyalı etirazçılar Fələstin və İordaniya bayraqlarını daşıyaraq sionist rejimin Əmmandakı səfirliyinin bağlanmasını tələb ediblər.

İordaniyanın dövlət rəsmisi bildirib: Bu ölkə sionist rejimə elan edib ki, İsrail səfirliyi işçilərininƏmmana qayıtmasına əsla icazə verilməyəcək, iki İordaniya vətəndaşının qətli haqda ciddi araşdırma aparılması halı istisna olmaqla.

Sionist rejimin bir zabitinin iki iordaniyalını qətlə yetirməsindən sonra, bu rejimin Əmmandakı səfirliyinin işçiləri işğal olunmuş ərazilərə qayıtdılar. Siyonist rejiminin baş naziri Benyamin Netanyahu səfirlik üzvlərinin Təl-Əvivə qayıtmasından sonra onları qarşılayıb və alqışlayıb. Bu da İordaniya vətəndaşlarının daha da qəzəblənməsinə gətirib çıxarıb.

İordaniyanın sionist rejimlə 1994-cü ildən diplomatik səviyyədə münasibətləri vardır və bu rejimin Əmmandakı səfirliyi ötən 23 ildə həmişə fəal olmuşdur.

captcha