IQNA

Həniyyə: Əl-Əqsa məscidinin müdafiəsi üçün İsraillə mübarizə davam edir

21:11 - July 31, 2017
Xəbər sayı: 3481923
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri bildirib: Əl-Əqsa məscidi və Qüdsün müdafiəsi və işğalçılıqla qarşılaşmaq üçün fələstinlilərin sionist rejimlə mübarizəsi davam edir.


Həniyyə: Əl-Əqsa məscidinin müdafiəsi üçün İsraillə mübarizə davam edir

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə şənbə günü İstanbulda Qüds və əl-Əqsa məscidinə dəstək üzrə Türkiyə vətəndaşlarının irimiqyaslı aksiyası ilə tele-körpü ilə əlaqədə deyib: Qüds şəhəri dünya müsəlmanlarının siyasi, ictimai və maddi dəstəklərinə ehtiyaclıdır.

HƏMAS-ın siyasi bürösunun rəhbəri Qüds və Fələstinin digər bölgələri sakinlərinin sionist rejimlə mübarizəsinin sona çatmadığını bəyan edib: Bu rejimin Fələstin diyarındakı mövcudluğu ümumiyyətlə batil və rədd olunmuşdur.

Şənbə günü minlərlə Türkiyə vətəndaşı Qüds və müsəlmanların ilk qibləsinə dəstək üzrə İstanbul şəhərində irimiqyaslı aksiya keçirib.

Əl-Əqsa məscidi ilə əlaqədar son hadisələr və fələstinlilərlə sionist hərbçilər arasındakı qarşıdurmalar nəticəsində 17 nəfər şəhid olub, 1400 nəfər yaralanıb.

captcha