IQNA

Sünni alimi vəhabiliyin mənfi təsirlərindən danışdı

10:23 - May 06, 2018
Xəbər sayı: 3483126
Hindistanda keçirilən din alimlərinin konfransında əhli-sünnə alimi vəhabilik və sələfiliyin dünyada müsəlmanların və qeyri-müsəlmanların həyatında qoyduğu mənfi təsirlərindən danışdı.

Sünni alimi vəhabiliyin mənfi təsirlərindən danışdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanda keçirilən din alimlərinin konfransında əhli-sünnə alimi vəhabilik və sələfiliyin dünyada müsəlmanların və qeyri-müsəlmanların həyatında qoyduğu mənfi təsirlərindən danışdı.

Kantapuram İslam Mərkəzinin direktoru və əhli-sünnənin tanınmış alimi Əbu Bəkr Müsəlyar "Krala" da keçirilən "din alimlərinin konfransı"nda açıqladı: Vəhabi və sələfilərin "ağılsıqlığı" ucbatından başladılan "islahat" həm məzhəbi və həm də ictimai yaşam baxımından müsəlmanların həyatında çox pis iz buraxmış və mənfi təsirlə qoymuşdur.

Əhli-Sünnənin tanınmış və nüfuzlu alimi əlavə etdi: Sələfi və vəhabilərin ideologiyası nadanlıq, ağılsızlıq və düşüncəsizlik əsasında qurulmuşdur.

Kantapuram İslam Mərkəzinin direktoru vurğuladı: Kıralada 20-ci əsrdə "Cəmaətul-İslamiyyə" və "Mücahid" qruplaşmaları yaradıldı ki, sələfi və vəhabilərin "təfəkkür"ləri təsiri altında idilər və İslamın mənəvi maarifi barədə kamil cahilliyə düçar olmuşdular.

Sələfilik lüğətdə keçmişdəkilərdən təqlid etmək deməkdir. Terminologiyada isə özlərini "saleh sələf"in ardıcılları hesab edən bir dəstəyə deyilir. Onlar iddia edirlər ki, əməlləri, rəftarlı və əqidələri Peyğəmbərin, səhabənin və tabeilərin əqidə və rəftarına uyğundur.

Vəhabilik və sələfilik ideoligiyasını Səduiyyə Ərəbistanın vəhabi alimləri yayırlar və bu əqidə əl-Qaidə və İŞİD kimi terrorist qruplaşmaların yaranmasına səbəb olmuşdur.   

http://iqna.ir/fa/news/3711451

Teqlər: iqna ، sələfi ، vəhabi ، Əl-qaidə ، İŞİd ، İsİs
captcha