IQNA

Bu gün dünyada "Beynəlxalq Qüds günü" kimi qeyd edilir

12:59 - May 22, 2020
Xəbər sayı: 3487274
Mərhum İslam alimi və mütəfəkkiri Ayətullah Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət və zülmə etiraz etmələri günüdür.

Mübarək Ramazan ayının sonuncu cüməsi İslam Dünyasında “Qüds günü” kimi qeyd edilir. Mərhum İslam alimi və mütəfəkkiri Ayətullah Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət  və zülmə etiraz etmələri günüdür.

Beynəlxalq Qüds günü. İmam Xomeyninin(ə) bəyanatı
1979-cu il İran İslam İnqilabının Lideri Ayətullah Ruhullah Musəvi Xomeyni(r.ə) ilk dəfə olaraq 1982-ci ildə məzlum Fələstin xalqına dəstək və müsəlman aləminin vəhdəti üçün bundan sonrakı illərdə Mübarək Ramazan ayının son Cümə gününün “Beynəlxalq Qüds günü” kimi qeyd ediləcəyinə dair bəyanat verdi. Bəyanatda Siyonizmin zülmünə etiraz, Fələstin xalqına dəstək, müsəlmanların vəhdəti, Fələstinin timsalında işğal olunmuş digər müsəlman torpaqlarını geri qaytarmaq həmçinin İsrailin timsalında digər düşmənlərə qarşı müqavimət məsələləri öz əksini tapmışdı. Belə strateji tarixi bir günün məhz Mübarək Ramazan ayında təyin olunması təsadüfi deyildi. Belə ki, əziz İslam Peyğəmbəri(s) məhz Mübarək Ramazan ayında Meraca gedərkən ilk öncə Qüds şəhərində yerləşən “Məscidül Əqsa”nı ziyarət etmiş ondan sonra isə Meraca getmişdir. Digər tərəfdən Mübarək Ramazan ayı bütün müsəlmanlar üçün vəhdət ayıdır və bu ay insanın özünəqayıdış aydır. Şübhəsiz bu ayda müsəlmanların həm nəfslərinə həm də zahiri düşmənlərinə qarşı qətiyyət göstərmələri olduqca məntiqli və tamamlayıcı bir məqamdır.

Qüds gününün əhəmiyyəti
Hər şeydən əvvəl Qüds günü mübarizə və müdafiə günüdür. Mübarizə və müdafiəsiz həyat yoxdur. Əfsus ki, tarix boyu düşmən hiyləgərcəsinə biz müsəlmanların müdafiə və mübarizə ruhumuzu müəyyən qədər zəiflədə biliblər. Torpaqlarımızı işğal ediblər. Fələstin,Qarabağ,Kəşmir,Myanma əlimizdən alınmış tarixi torpaqlarımızdır. Məhz Qüds günü bizə təlqin edir ki, bundan sonra daha da mübariz olaq və düşməni qarşı amansız və sərt olaq.

Qüds günü vəhdət günüdür. Düşmən hər zaman aramızda ayrı-seçkilik salaraq birliyimizi pozmuş və bizə qalib gəlmişdir. Məhz Qüds günü məzhəbindən və firqəsindən asılı olmayaraq bizi vəhdətə çağırır.
Qüds günü ictimai məsuliyyət günüdür. Bəzən başımız fərdi ibadətlərə qarışır və ictimai öhdəliklərimizi unuduruq. Bu qətiyyən yolverilməzdir. Qüds günü bizə tək olmadığımızı və mən sərhədindən çıxıb qardaş-bacılarımızın dərdinə şərik çımağı bizə aşılayır.
Qüds günü düşmənin ifşa olunma günüdür. Batil əksərən haqqın arxasında gizlənərək həmlə edir. Çünki riyakar və rəzildir. Haqqın izzətindən sui-istifadə edib öz çirkinliklərini gizlədə bilir. Məhz Qüds günü bizə düşməni unutmamağa çağırır. Düşmənə qarşı yumşaqlığa son qoymağa çağırır.
Qüds günü haqq və vicdan günüdür. Vicdanlı olmaq və haqqa sevgi insanın fitrətindədir. Bir insan vicanlıdırsa o haqqı avtomatik müdafiə edəcəkdir. Məhz Qüds günü insanı vicdanıyla baş-başa qoyur. Həqiqət ortadadır. Haqqı,həqiqəti vicdansızlar danar. (islamazəri)

captcha