IQNA

İran İslam İnqilabı dünyada İslam ideologiyasını gücləndirdi

7:30 - February 04, 2021
Xəbər sayı: 3489207
Malaziyalı dini araşdırmaçı: "Dünyada heç bir inqilab və heç bir şey İran İslam İnqilabına tay tutula bilməz və İranın çox parlaq bir gələcək gözləyir. Bunu İran xalqının müqavimət göstərdi".

Tehran (IQNA) - Bu gün səhər (3 Fevral 2021) Tehranda IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi), "İmam Xomeyni və İslam İnqilabı Araşdırma Mərkəzi" və Beynəlxaql Əhli-Beyt Universitetinin həmkarlığı ilə "İslam İnqilabı: Refleksiya, Perspektiv, Modern Problemlər" adlı vebinar keçirilib.

Bu veb-seminarda Malaziya Müsəlmanlar Şurasının katibliyinin rəisi, Malaziya İslami Qeyri-Hökumət Təşkilatlarının (İQHT) Məşvərət Şurasının rəisi və Malaziyanın Petrunas Texnologiya Universitetinin "İrqlərarası Əlaqələr" fənninin müəllimi Əzmi Əbdülhəmid çıxış edib.

O, İran İslam İnqilabını qərbin imperialist, istemarçı və müstəkbiranə hədəflərinin qarşısında dayandığına görə misilsiz bir fenomen adlandırıb və heç bir inqilabla müqayisə edilməyəcəyini deyərək vurğulayıb: İran İslam İnqilabı səbəb oldu ki, İslam ideologiyası bütün dünyada ucalsın.  

Əzmi əlavə edib: İran İslam İnqilabı İslam ümməti üçün və hətta bütün dünya üçün çox əhəmiyyətli bir hadisədir. Bu inqilab müsəlmanların ilham mənbəyi olmalıdır. Çünki bu inqilabın xəmiri dünyanın anti-İslam hərəkatının və qərb hegomonluğunun qarşısında müqavimət ilə yoğrulub.

O vurğulayıb: Bu inqilabın sayəsində İslam ümmətinin vəhdəti müsəlmanların əsas məsələsinə çevirilmişdir. İmam Xomeyni göstərdi ki, İsrail və Amerikanın müsəlmanları bölmək üçün qurduqları planları asanlıqla tanına bilər. Buna görə biz İslam İnqilabının dəyərlərini dərindən dərk etməyə çalışmalıyıq.

Əzmi deyib: Dünyada heç bir inqilab və heç bir şey İran İslam İnqilabına tay tutula bilməz və İranın çox parlaq bir gələcək gözləyir. Bunu İran xalqının imperializm və İslam düşmənləri qarşısındakı müqavimət və mübarizəsi göstərdi. İran xalqı göstərdi ki, İslam İqnilabının dəyərlərini qorumağa və bu yolda mübarizə etməyə qadir və layiq bir xalqdır.

Qeyd edək ki, bu gün səhər (3 Fevral 2021) Tehranda keçirilən  "İslam İnqilabı: Refleksiya, Perspektiv, Modern Problemlər" adlı beynəlxalq vebinar keçirilib.

Vebinarda Livan, Malaziya, İngiltərə, Pakistan, İraq, İran və digər ölkələrdən tanınmış şəxsiyyətlər iştirak edirlər. /iqna

captcha