İndoneziyanın Makassar şəhərində (Cənubi Sulavesi əyalətinin inzibati mərkəzi) katolik kilsəsinə hücum edən kamikadze terrorçuların yerli ekstremist qrup "Camaə Ənşərut Dövləh" ilə təmasda olan evli bir cütlük olduğu müəyyənləşdirilib.
Bu barədə bu gün ölkə polisinin rəsmi nümayəndəsi Arqo Yuvono tərəfindən verilən açıqlamada bildirilib.
Dünən Makassarda kilsələrdən birinin yaxınlığında baş verən partlayışda 20 nəfər yaralanmış, terrorçular isə yerindəcə ölmüşdü. 2018-ci ildə yerli ekstremistlər ölkənin ikinci böyük şəhəri Surabayada eyni vaxtda bir neçə hücum təşkil edərək, 30 nəfəri öldürmüşdülər. /eastnews