IQNA

Tbilisidə 100 nəfər seçilmiş Quran kursu tələbələri arasında yarış keçirilib

21:04 - June 01, 2021
Xəbər sayı: 3489957
Tbilisi şəhərində Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qızlar arasında 5-ci Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunub.

Tbilisi şəhərində Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qızlar arasında 5-ci Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunub.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "24news.ge" portalına istinadla verdiyi xəbərə görə, keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən ümumumilikdə 100 şagird 29 və 30 cüzlərdən hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayıblar. “Əhli-Beyt” məscidində keçirilən yarış məscidin axundu Hacı Rahid Kərimovun Quran tilavəti ilə açıq elan edilib. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə şagirdlərə uğurlar diləyib, bu müqəddəs Qurani-Kərimin təlim və tədrisi sahəsində zəhmət çəkən ustadlarına minnətdarlığını bildirib. O, Belə yarışların və Quran oxumağın əhəmiyyəti və dəyərləri haqqında danışıb. Sonra müsabiqə haqqında məlumat verərək yarışlarda uğurla çıxış edib fərqlənən şagirdlərin (qaliblərin) Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən fəxri fərman və pul mükafatları ilə qiymətləndiriləcəyini bildirib.

Qeyd edək ki, ümumilikdə yarış üçün 5000 lari məbləğində pul 60 nəfərə (13 şagird və 13 ustadına) mükafat olaraq nəzərdə tutulub. /iqna

 

captcha