Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah ABŞ hegemonçuluğunun regionda sabitlik və təhlükəsizliyin pozulmasında əsas rol oynadığını bəyan edərək, sionist rejimin öz mövcudluğunu ABŞ-ın dəstəyinə borclu olduğunu söyləyib.
Seyid Həsən Nəsrullah "Fələstin qələbə çalacaq" konfransının açılış mərasimində deyib: "ABŞ-ın hegemonçuluğu, bölgədəki bütün imkanları İsrail rejiminin ixtiyarına veribdir".
"Haqq budur ki, xalqlar ABŞ-ın müdaxilələri və diktələri olmadan öz müqəddəratlarını təyin etsinlər", - deyə Livan Hizbullahının baş katibi qeyd edib.
Nəsrullah əlavə edib: "Düşmən qarşısında medianın və media diskursiyasının əhəmiyyəti çox aydındır və müqavimət mehvərinin internet saytlarının bağlanması onların effektivliyini və funksionallığını göstərdi: Hansı ki, düşməni əsəbiləşdirir və pərişan edir". /iqna