IQNA

Dağıstanlı Quran tərcüməçisinin anım mərasimi keçiriləcək

10:59 - September 12, 2021
Xəbər sayı: 3490718
Dağıstanın məşhur Quran tərcüməçisi və İranşünası Məhəmməd Nuri Osmanovun xatirəsinə həsr edilmiş 4-cü beynəlxalq anım konfransı cari ilin Oktyabr ayının 28-də keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dağıstanın məşhur Quran tərcüməçisi və İranşünası Məhəmməd Nuri Osmanovun xatirəsinə həsr edilmiş 4-cü beynəlxalq anım konfransı cari ilin Oktyabr ayının 28-də keçiriləcək.

Bu konfrans Dağıstanın dövlət universitetinin təşəbbüsü, Rusiya Federasiyasının Ali Təhsil və Elmlər Nazirliyi, İranın Rusiyadakı Mədəniyyət İşləri Mərkəzi və İran və Avrsasiya Araşdırma Mərkəzinin həmkarlığı ilə keçirilir.

Konfransda Orta Şərqdə tarix və tarixi araşdırmalar, yeni İslami araşdırmalarda əsas mövzular, Orta Şərqdə mədəniyyət və incəsənət araşdırmaları, Orta Şərqdə dil və ədəbiyyat və Qafqaz xalqlarının Şərq xalqları ilə tarixi əlaqələri kimi mövzular müzakirə ediləcək.

Bu konfransda iştirak etmək istəyənlər öz elmi məqalələrinin mövzusunu və şəxsi məlumatlarını Sentyabr ayının 23-dək " osmanovchtenia@gmail.com " elektron poçtuna göndərə bilərlər. İştirakçılar məqalənin əsas mətninin xülasəsini isə Oktyabr ayının 1-dək Fars, Rus və ya İngilis dillərində göstərilən ünvana çatdırmalıdırlar.

Qeyd edək ki, Məhəmməd Nuri Osmanov 1924-cü ildə Dağıstanın Mahaçqala şəhərində anadan olub. 1954-cü ildə Moskva dövlət universitetindən Fars dili ədəbiyyatı ixtisası üzrə doktorluq dərəcəsi alıb. Bir sıra araşdırmalar və elmi işlərdən sonra isə 1981-ci ildə həmin universitetdə professorluq dərəcəsi yiyələnib.

O, 1995-ci ilədək 120-dən çox elmi əsər yazmış və Qurani-Kərimi Rus dilinə tərcümə və nəşr etmişdir. Bu tərcümə Quranın Rus dilinə tərcümə edilmiş ən yaxşı klassik tərcüməsi hesab edilir. Bu tərcümə 1999 və 2007-ci illərdə yenidən çap edilmişdir.

Osmanov 2002-ci ildə "Qurani-Kərim; akademik tərcümə və təfsir" kitabını nəşr etdiyinə görə Rusiya Təhsil Nazirliyinin dövlət mükafatına layiq görülmüşdür.

Bundan əlavə yeddi il öncə (1393 hicri-şəmsi) keçirilən Qafqazda İranın Elmi İrsi Beynəlxalq Konfransında İranın Mədəniyyət Əlaqələri Mərkəzi tərəfindən Osmanova "Sədi Ədəbiyyat Mükafatı" verilmişdir.

Həmçinin altı il öncə (1394 hicri-şəmsi) Məhəmməd Nuri Osmanov üçün İQNA tərəfindən Moskvanın Beynəlxalq İranşünaslıq Fondunun kitabxanasında xatirə mərasimi keçirilib.

Məhəmməd Nuri Osmanov bir ömür İranşünaslıq və İslamşünaslıq sahəsində elmi çalışmalardan sonra 2015-ci ilin Avqust ayının 8-də, 91 yaşında ikən ana vətənində fani dünyaya əlvida dedi. / iqna

captcha