İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatına bağlı Nur radiosu sentyabrın 30-u endirilən İsrail rejiminin pilotsuz uçuş aparatının (PUA) fotoşəkillərini internet saytında yayımlayıb.
Xatırladaq ki, "Hizbullah" hərəkatı 30 sentyabrda günorta saatlarında Livanın cənubundakı Yətr ərazisindəki "Vadi Məryəmin" bölgəsində bir İsrail PUA-sını hədəf aldığını bildirmişdi.
Digər tərəfdən isə İsrail qüvvələrin sözçüsü Avixai Adrei sözügedən PUA-nın Livanda texniki nasazlıq səbəbindən qəzaya uğradığını iddia etmişdi.