IQNA

Ceremi Korbin: "Ramazan sülh ayıdır"

5:55 - April 03, 2022
Xəbər sayı: 3492001
Parlament üzvü və Britaniya İşçi Partiyasının keçmiş lideri Ceremi Korbin Londonun şimalındakı Finsberi Park məscidini ziyarət etdikdən sonra Facebook hesabında yazıb: "Ramazan sülh ayıdır."

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Ceremi Korbin Ramazan ayının başlanması münasibətilə Londonun ən böyük məscidlərindən biri olan Finsberi Park Məscidini ziyarət edib. O, səfərindən şəkilləri Facebook-da paylaşıb.

O, İngiltərə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edərək deyib ki, Ramazan sülh, təfəkkür, ilham və düşüncə ayıdır.

İngiltərə İşçi Partiyasının keçmiş lideri bildirib ki, məscid hamımızın sülh və ədalətlə dolu bir dünya qura biləcəyimiz mesajını təbliğ etməyə davam edir.

Ceremi Korbin İngiltərə müsəlmanlarının ölkədəki müxtəlif cəmiyyətlər arasında əlaqələrin və birliyin gücləndirilməsindəki rolunu vurğulayıb və onlara Korona epidemiyası ilə mübarizədə çəkdikləri zəhmətə görə təşəkkür edib.

4046103

captcha