İQNA, xəbər verir ki, Qum Elmi Hövzəsinin ustadı Ayətullah Əbul-Qasim Əlidust Qurani-Kərimin Təfsiri dərsinin 24-cü dövrəsində deyib:
Sual olunur ki, bütün elimlər və biliklər Quranda varmı? Quranda bu suala aid ayələr var. O cümlədən, "biz bu kitabda heç bir şey qoymamışıq qalsın" (Ənam, ayə 38). "Bu kitabda bütün quru və yaşlar qeyd olunmuşdur" (Ənam, ayə 59).
Amma "mübin kitab" (aşkar kitab) dedikdə nə nəzərdə tutulur? Bəziləri ehtimal veriblər ki, bu kitabdan məqsəd təbiət kitabıdır. Yeri gəlmişkən, bu barədə bəzi başqa ayələrdə də bəhs edilib. Əgər belə olarsa, yəni təbiətdəki canlılar öz kamilliyinə çatarlar. O zaman o ayə də bu ayə kimi başa düşüləcək ki, buyurur: "Rəbbinin ətası əsla qadağan olunmamışdır" (İsra, ayə 20).
Amma əgər kitabdan məqsəd həmin Qurandırsa, o zaman sual yaranır ki, hər şey Quranda vardırmı? Bəziləri deyiblər ki, ayəni Quranın missiyasına, yəni bəndələri doğru yola yönəltməsi əsasında təfsir edilməlidir. Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində Quranın hidayət kitabı olduğunu və hidayət istiqamətində heç bir şeyi unutmadığını söyləyir. Məsələn, siz fiqh kitabı haqqında deyirsiniz ki, nə istəyirsiniz bu kitabda var, amma fiqhlə bağlı məsələləri nəzərdə tutursunuz, başqa elmlərlə bağlı deyil.
Bugünkü dərsin mahiyyəti beş prinsipdən ibarətdir:
4062252