IQNA

Müsəlman Alimlər Birliyinin iş yerlərində hicabın qadağan olunmasına reaksiyası

9:34 - October 18, 2022
Xəbər sayı: 3493101
Müsəlman Alimlər Birliyi Avropada iş yerlərində hicabın qadağan edilməsi ilə bağlı məhkəmə qərarına açıqlama verərək, bunu müsəlmanların hisslərini incitmək kimi qiymətləndirib.

"İQNA", "Səvah News"-a istinadən xəbər verir ki, Beynəlxalq Müsəlman Alimlər Birliyi Avropada "iş yerlərində hicabın qadağan edilməsinə icazə verən" məhkəmə qərarı ilə bağlı bəyanat yayıb. Bu cür qərarlar terrorizm və dini irqçiliyə səbəb olur.

Bu bəyanatın başqa bir hissəsində deyilir: "İslamla bağlı təkrarlanan bu cür qərarlar bir milyard 700 milyon müsəlmanın hisslərini incitdi. Bu qərarlar yalnız Avropanı dini müharibəyə sürükləyən orta əsr təfəkkürü ilə uyğun gəlir".

Bu bəyanatda daha sonra deyilir: "Bu cür qərarlar bütün dinlərə və onların xas xüsusiyyətlərinə hörmət əsasında dinc yanaşı yaşamaq yolunda maneədir".

 

Müsəlman Alimlər Birliyi onu da vurğulayıb ki, birgəyaşayış məcburiyyət və başqalarının azadlıq və hüquqlarını məhdudlaşdırmaqla deyil, ədalət, məsuliyyətli azadlıqlar və heç bir irqi və dini ayrı-seçkilik olmadan hamı üçün bərabərliyin təmin edilməsi ilə əldə edilir.

Bu birlik həm də irqçi münaqişələrin aradan qaldırılmasına və dinc yanaşı yaşama, hamı üçün azadlıq və hər irqin, dinin və rəngin şəxsi həyatına hörmət kimi ümumi prinsiplərə diqqət yetirməyə çağırıb.

4092545

captcha