IQNA

Əl-Əqsa Məscidinin Müshəfinin bir nüsxəsi Əl-Əzhərin Şeyxinə hədiyyə edilib

9:36 - October 19, 2022
Xəbər sayı: 3493106
Fələstin muxtariyyətinin rəhbəri Əl-Əzhərin Fələstin məsələsinə verdiyi dəstəyə görə təşəkkür edərək, Əl-Əqsa məscidi Müshəfinin ilk nüsxəsini Əl-Əzhərin Şeyxinə hədiyyə edib.

"İQNA", "Əl-Vifd"-ə istinadən xəbər verir ki, Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas Fələstin xalqının haqq işlərinin dəstəklənməsi və Fələstin xalqının öz hüquqlarını müdafiə etmək və sionist rejimin təcavüzü ilə mübarizə aparmaq üçün apardığı mübarizədə Əl-Əzhərin rolunu yüksək qiymətləndirib. Buna görə də o, Əl-Əqsa məscidinin Müshəfinin ilk nüsxəsini Əl-Əzhərin Şeyxinə hədiyyə edib.

Fələstinli hakim və Fələstin Muxtariyyəti rəhbərinin dini işlər üzrə müşaviri Mahmud Əl-Həbş Əl-Əzhərin Şeyxinin ofisində onunla görüşüb. O, Mahmud Abbasın adından bu nüsxəni ona hədiyyə edib.

Əl-Həbş vurğulayıb ki, bu, Fələstin Muxtariyyəti tərəfindən hazırlanan Əl-Əqsa məscidi Müshəfinin ilk nüsxəsidir.

Əl-Əzhərin Şeyxi də bu qiymətli hədiyyəyə görə Fələstin Muxtariyyətinin rəhbərinə minnətdarlığını bildirib. O, qeyd edib ki, Fələstin xalqına sülh və əmin-amanlığı bərpa etməsi üçün Uca Allaha dua edirəm. İslam və ərəb xalqlarından bu insanların müqavimətini dəstəkləmələrini istəyirəm ki, onlar həqiqi və qanuni mübarizə yolu ilə qəsb edilmiş haqlarını geri ala bilsinlər.

4092639

captcha