IQNA

Əqidə prinsipləri; Nübüvvət / 28

Yəqinə çatmağın əlaməti və buna nail olmağın yolu

9:40 - July 17, 2023
Xəbər sayı: 3494468
TEHRAN (IQNA) - Yəqin qəti və şübhəsiz olan bilik səviyyəsidir. Bəzi insanlar üçün elə bir bilik səviyyəsi əldə edilir ki, onların əməlləri bildikləri ilə uyğun olur.

 Bir gün Peyğəmbər (s) sübh camaat namazını qıldıqdan sonra camaata baxdı. Rəngi saralmış, gözləri çökmüş, saçları tökülmüş bir gənci gördü. Allah Rəsulu (s) ondan necə olduğunu soruşdu. Gənc dedi: İndi ki, mən sizin xidmətinizdəyəm, yəqinlik halındayam.

Peyğəmbər (s) yəqin sözünü eşidəndə təəccübləndi, gəncdən yəqinliyinin əlamətini soruşdu. O dedi: Mən Qiyamət gününə o qədər inanıram ki, yuxum qaçıb. Sanki bir tərəfdə cəhənnəmi və od alovunu, bir tərəfdə cənnəti və onun çoxlu nemətlərini, Allahın ədalət məhkəməsini, Məhşəri, əməlləri hesablamaq üçün insanların toplandığını və özümü görürəm.

  Ondan yəqinlik nişanələrini eşidən Peyğəmbər (s) gəncin iddialarını qəbul etdi. Sonra gənc, Peyğəmbərdən (s) Allah yolunda şəhid olması üçün dua etməsini istədi. Peyğəmbər (s) onun üçün dua etdi. Bir müddət sonra bu gəncin iştirak etdiyi müharibə oldu. O, Allah yolunda haqqla batilin qarşıdurmasında şəhid olan onuncu şəxs oldu.

Əmin olmaq üçün nə etməliyik?

  Qurani-Kərim buyurur: “Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (Hicr, 99).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha