IQNA

Fələstində Əl-Əqsa fırtınası əməliyyatına müsəlman alimlərin dəstəyi

14:16 - October 08, 2023
Xəbər sayı: 3494838
QAHİRƏ (IQNA) – İslam ölkələrindən olan bir qrup alim Fələstin müqavimət hərəkatının anti-sionist əməliyyatlarını dəstəkləyib və İslam dünyasının fələstinlilərin haqları üçün dəstəyini istəyib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Əl-Əzhər və Ümumdünya Müsəlman Alimlər Birliyi də daxil olmaqla bir sıra İslam qurumları Əl-Əqsa tufanı əməliyyatının başlamasından saatlar sonra Fələstin xalqının müqavimət və mübarizəsinə dəstək verdiklərini açıqlayıblar.

Əl-Əzhər elan etdi: "Fələstinin günahsız qurbanları üçün səssiz dünyaya başsağlığı veririk. Qürurlu Fələstin xalqının mətanətini salamlayırıq. Allahdan onları sionistlərin zülmü və terroru və beynəlxalq ictimaiyyətin rüsvayçı susqunluğu qarşısında möhkəm dayanmağa həvəsləndirməsini diləyirik".

Əl-Əzhər X sosial şəbəkəsindəki səhifəsində dərc etdiyi bu bəyanatda əlavə edib: "Əl-Əzhər İslam ümməti şəhidlərinin ailələrinə, vətənlərinin müdafiəsi və Fələstin davası yolunda şəhid olan Fələstinin qürurlu şəhidlərinə dərin hüznlə başsağlığı verir. O, Allahdan Fələstin xalqına sionistlərin zülmünə qarşı möhkəm dayanmaq üçün kömək istəyir".

Əl-Əzhər dünya ictimaiyyətini müasir tarixin ən uzun işğalına, yəni Fələstinin sionistlər tərəfindən işğalına ağıl və hikmətlə baxmağa çağırıb və vurğulayıb: "Fələstin xalqına ikili standartlarla tətbiq edilən bu işğal bəşəriyyət və beynəlxalq ictimaiyyət üçün rüsvayçılıqdır".

Oman Sultanlığının müftisi Şeyx Əhməd bin Həməd əl-Xəlili də X sosial şəbəkəsində tvit yazıb: "İşğalçı barbar düşmən ilə mübarizədə Fələstin müqavimətinə qələbə və uğurlar arzulayıb".

Dünya Müsəlman Alimləri Birliyi də alimlərdən, şeyxlərdən və Allahın Kitabının hafizlərindən İsrail işğalına qarşı döyüşdə Qəzza zolağında Fələstin müqavimətinin qalib gəlməsi üçün dəstək olmalarını və dua etmələrini istəyib.

Bu birlik X sosial şəbəkəsindəki tvitində belə yazıb: İlahi, Məscidül-Əqsanı, Qüds əhlini və bütün Fələstini sənin ixtiyarına buraxırıq; İlahi, onlara yardımçı ol! İlahi, bizim duadan başqa bir şeyimiz yoxdur. Ya Rəbb, dualarımızı rədd etmə və bizi yarı yolda qoyma, İlahi, Səndən başqa heç kimi olmayanlara kömək et.

4173747

captcha