IQNA

İsrailin Qəzzada təşkil etdiyi hücumlarda 17 məscid və 1 kilsə zərər görüb

16:18 - October 21, 2023
Xəbər sayı: 3494896
QƏZZƏ (İQNA) - Oktyabrın 7-dən İsrailin Qəzzə zolağına etdiyi hücumlarda 9 məscid tamamilə dağıdılıb.

İsrailin Fələstində zorakılığı ikinci həftəsində sionist rejimin hücumları ilə davam edir.

İsrail məscidləri, xəstəxanaları və kilsələri bombalamağa davam edir. O, mülki insanları qətlə yetirir.

Məsələ ilə bağlı Fələstin hökumətinin Qəzzədəki media ofisi tərəfindən də yazılı açıqlama verilib.

Açıqlamada İsrailin hücumları nəticəsində 17 məscid və 1 kilsə olmaqla 18 ibadət yerinin zərər gördüyü bildirilib.

Qəzzadakı Fələstin Vəqflər və Dini İşlər Nazirliyinin rəsmilərindən İkrami Səlim Əl-Cəzirə televiziyasına verdiyi açıqlamada hücumlarda 9 məscidin tamamilə dağıdıldığını bildirib.

captcha