IQNA

Londonda müsəlmanlara qarşı nifrət hərəkətləri artmaqdadır

22:58 - October 29, 2023
Xəbər sayı: 3494931
LONDON (İQNA) – Əl-Əqsa Tufanı əməliyyatından sonra London polisinin verdiyi açıqlamaya görə, son bir həftədə şəhərdə müsəlmanlara qarşı nifrət cinayətləri iki dəfə artıb.

"İQNA", "Əl-Cəridə" saytına istinadən xəbər verir ki, statistikaya əsasən, Əl-Əqsa Tufanı hücumu əməliyyatının başlamasından sonra İslam əleyhinə cinayətlər artıb.

İşğal olunmuş ərazilərdə hərbi əməliyyatlar başlayandan bəri Britaniyada və başqa yerlərdə gərginlik artıb. Fələstinlə həmrəylik nümayişləri keçirilərkən, yəhudi qrupları da israillilərlə həmrəylik nümayiş etdirmək üçün aksiyalar keçirib.

London polisinin rəsmisi Kayl Qordonun sözlərinə görə, bu il 174 islamafobiya cinayəti törədilib. Ötən ilin müvafiq dövründə isə cəmi 65 belə cinayət faktı qeydə alınıb.

Bu şənbə günü Londonda Qəzzə xalqına dəstək və sionist rejimin cinayətlərini pisləyən ən böyük nümay keçirilib.

4178392

captcha