IQNA

Diyanət “Qüds Bioqrafiyası” hazırlayır

2:27 - December 10, 2023
Xəbər sayı: 3495107
İQNA - Türkiyə Diyanət İşləri Başçısı Əli Ərbaş, 6 ay əvvəl hazırlıqlarına başladıqları "Qüds Bioqrafiyası" layihəsinin İslamın ilk qibləsi və bəşəriyyətin qədim şəhəri olan Qüdsün keçmişinə işıq salacağını bildirib.

Ərbaş sosial media hesabından verdiyi açıqlamada layihənin tamamlandıqdan sonra yayımlanacağını bildirib.

Yaxın Şərqdə yaşanan problemləri anlamaq və onlara həll yolları çıxarmaq üçün ümumilikdə müasir Fələstinin, xüsusilə də Qüdsün tarixi ilə bağlı çoxlu araşdırmaların aparılmasının lazım olduğunu vurğulayan Ərbaş deyib:

"Bu gün Qüds tədqiqatçılar tərəfindən üzə çıxarılacaq böyük bir arxiv sənədinin işığında keçmiş irsinin işıqlandırılmasını gözləyir. Bu məqsədlə başlatdığımız "Qüds Bioqrafiyası" layihəsi Qüdsün keçmişinə işıq salacaq. İslamın ilk qibləsi, bəşəriyyətin qədim şəhəri olan Qüdslə bağlı gələcək araşdırmalara da kömək edəcək. İnşallah yayımlandıqda ədəbiyyatımıza əlavə olunan ən əhatəli əsərlərdən biri olacaqdır".

     Ərbaş: Qüds və Qəzza bizi birliyə çağırır

Qüdsdən danışmaq təkcə bir şəhərdən danışmaq deyil, həm də bəşəriyyətin gələcəyi, dünya sülhü və İslam ümmətinin izzəti haqqında danışmaq olduğunu bildirən Ərbaş, layihənin İslam dünyasına və dünya ictimaiyyətinə faydalı olacağına ümid etdiyini bildirib.

AA

captcha