IQNA

Quranın Maldiv mədəniyyətində və adət-ənənələrində mühüm yeri

7:58 - January 20, 2024
Xəbər sayı: 3495326
İQNA - Maldiv prezidenti vurğulayıb ki, Quran təkcə müqəddəs kitab deyil, həm də insanların gündəlik həyatını formalaşdıran bir bələdçi, adət-ənənə və dəyərlərinin təməl daşıdır.

"İQNA", "BNN" saytına istinadən xəbər verir ki, ada ölkəsi Maldiv adalarında İslam irsi və Quranla iç-içə olan ərəb təhsili canlanmaya şahidlik edir. Burada ərəb dilini bilən müəllimlərin rolunu danmaq olmaz. Onlar dini hikmətin və köklü mədəni mənşəyinin keşikçiləridir.

Maldiv adalarının prezidenti Muhammed Muizzu Quranın dini təhsildə və gündəlik həyatın istiqamətləndirilməsində əhəmiyyətinə toxunaraq, Quranın öyrədilməsinin və öyrənilməsinin bir ibadət olduğunu, Quranın Maldiv xalqının mədəniyyət və adət-ənənələrə dərindən təsir etdiyini bildirib.

Məhəmməd Muizzu həmçinin hökumətin Quran təhsilini inkişaf etdirmək üçün səylər göstərdiyini bildirib və hökumətinin İslam və Quran təhsilini qorumaq və inkişaf etdirmək əzmini vurğulayıb.

Ərəb dilini anlamaq Quran təlimlərini dərk etmək üçün qapı açır. Ona görə də ərəb dili müəllimləri bu biliklərin ötürülməsində mühüm rol oynayırlar. Çünki bu dil irsinin daşıyıcıları müəllimlərdir. Məqsəd təkcə tələbələrin ərəbcə oxumaq və yazmaq bacarıqlarını gücləndirmək deyil, həm də onlara Quran təlimlərini dərindən başa salmaqdır.

Ərəb dili təhsilinin keyfiyyətinin yüksəldilməsi dini təlimlərin düzgün çatdırılmasının təmin edilməsində mühüm addım hesab olunur. Bu yolla gənc nəslin öz dini və mədəni irsi ilə daha dərindən əlaqə saxlamasına şərait yaradılacaq.

Maldiv adalarında ərəb dili müəllimlərinə verilən önəm ölkənin öz irsini qoruyub saxlamaq və Quran təlimlərinin düzgün şəkildə çatdırılmasını təmin etmək öhdəliyinə bir sübutdur.

Maldiv Respublikası Hind okeanında 1200 adadan ibarət dövlətdir. Paytaxtı Maledir. Maldivlilər adada yeganə etnik qrupdur və hind-ari mənşəli xalqdır. Əhali Maldiv dilində danışır və 97% müsəlmandır. Ölkənin rəsmi dini İslamdır.

Bu ölkə 1965-ci ildə Britaniya İmperiyasından müstəqillik qazanıb. Əhali və səth sahəsi baxımından Asiyanın ən kiçik ölkəsidir.

4194417

captcha