IQNA

İranda 11 fevral yürüşü başladı

12:20 - February 11, 2024
Xəbər sayı: 3495448
İQNA - Bu gün mərhum İmam Xomeyninin (r.ə) başçılığı ilə 22 Bəhmən (11 Fevral) İslam İnqilabının qələbəsinin 45-ci ildönümüdür.

Bu gün İranda 11 fevral 1979-cu ildə İslam İnqilabının qələbəsinin 45-ci ildönümünü qeyd etmək üçün müxtəlif tədbirlər və yürüşlər keçirilir.

Prezident Rəis fevralın 11-də

Prezident Seyid İbrahim Rəisi fevralın 11-də Tehranda keçirilən tədbirdə iştirak edib.

İranın idman naziri fevralın 11-də keçirilən tədbirdə iştirak edib

İranın idman naziri Kiyumers Haşimi fevralın 11-də Tehranda keçirilən tədbirdə iştirak edib.

11 fevral yürüşləri zamanı İrandan raket nümayişi

İnqilab Keşikçiləri Ordusu İslam İnqilabının 45-ci zəfəri ildönümü münasibətilə bu gün səhər saatlarında başlayan 11 fevral nümayişlərində İranın istehsal edib istifadəyə verdiyi “Qiyam” raketini də nümayiş etdirib.

Hər il İranda İmam Xomeyninin (r.ə) Parisdən qayıdışı tarixi olan fevralın 1-dən inqilabın elan olunduğu fevralın 11-nə qədər olan 10 gün ərzində müxtəlif bayram tədbirləri keçirilir. Fevralın 11-də paytaxt Tehranda və ölkənin digər şəhərlərində inqilab bayramı izdihamlı mərasimlərlə keçirilir.

Qələbəni qeyd etmək üçün Tehranda hazırlıqlar bir neçə gün əvvəl başlayıb. Şəhərin dörd bir tərəfi, əsas küçələri və meydanları bəzədilmişdi. Tehran, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei, Şəhid Qasım Süleymani və İmam Xomeyninin (r.ə) plakatları və İran bayraqları ilə bəzədilib.

captcha