IQNA

İsveç hicab və dini örtüyə qarşı yeni qanun təqdim edir

12:55 - February 22, 2024
Xəbər sayı: 3495510
İQNA - İsveç hökuməti qadın və ya qızı hicab taxmağa məcbur edən hər kəsi cinayət məsuliyyətinə cəlb edən yeni qanun tətbiq etdiyini açıqlayıb.

"İQNA", "SCI" saytına istinadən xəbər verir ki, yeni qanunu ölkə hökumətinin bərabərlik naziri Paulina Brandbury təklif edib. Buna uyğun olaraq, azyaşlı uşaqlarını baş örtüyü və ya dini geyim geyindirməyə məcbur edən ailələrin cəzalandırılacağı bildirilib.

Nazir qanunun hicab kimi dini simvolları hədəf alacağını, lakin əsas diqqətin İslam hicabına veriləcəyini vurğulayıb.

Yeni qanun İsveç parlamentində əksəriyyət tərəfindən dəstəklənib.

Ötən il İsveç ekstremist ünsürlərin tez-tez İslam müqəddəslərinə və dəyərlərinə, xüsusən də Qurani-Kərimə hörmətsizlik etdiyinin şahidi olub. Polisin bu cür hərəkətlərə dəstək verməsi dünyanın bu ölkə hökumətinə və hakimiyyətinə qarşı reaksiyasını artırıb.

İslam dünyasının alimləri İslamı və müsəlmanları təhqir etməyə icazə verən bu ölkəyə qarşı dəfələrlə sanksiyalar tətbiq etməyə çağırıblar.

4201024

captcha